Siyəzəndə qanunsuz ov edən saxlanıldı

siyezende-qanunsuz-ov-eden-saxlanildi
Oxunma sayı: 1335

Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinindən "Qafqazinfo"ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.