Siyəzəndə qəza

siyezende-qeza
Oxunma sayı: 862

Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. “Mercedes” markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. 

Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.
 
Fakt araşdırılır.