Siyəzəndə qəzada ölən şəxsin kimliyi məlum oldu - Foto+Video+Yenilənib

siyezende-qezada-olen-sexsin-kimliyi-melum-oldu
Oxunma sayı: 7970

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” markalı minik maşını "Mercedes-Benz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mersedes” markalı minik maşınının sürücüsü dünyasını dəyişib, sürücünün həyat yoldaşı və oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Siyəzəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində "Mercedes" markalı minik avtomobili ilə "Mercedes-Benz" markalı yük maşınının toqquşması nəticəsində həlak olan sürücünün Rüstəm Bəşir oğlu Qənbərov olduğu məlum olub.

R.Qənbərovun cənazəsi aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəllüdlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.