Siyəzəndə restorandan oğurluq etmiş şəxslər saxlanılıb - Foto

siyezende-restorandan-ogurluq-etmis-sexsler-saxlanilib
Oxunma sayı: 2021

Siyəzəndə rayon sakin Xalıqov Əlyusif Rza oğluna məxsus “Buta” restoranından oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd peyk aparatının oğurlanması barədə məlumat verib.

Bundan başqa? Siyəzən sakini Əbdülov Mübariz Mustafa oğlu Siyəzən RPŞ-ya müraciət edərək Heydər Əliyev küçəsində yerləşən mağazadan 06 fevral 2016-cı ildə 80 manat pul və 110 manat dəyərində müxtəlif malların oğurlandığını bildirib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan faktların 1987-ci il təvəllüdlü, Siyəzən şəhər sakini, əvvəl məhkum olunan Bəylərov İlkin Novruz oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib. İ. Bəylərov barəsindı cinayət məcəlləsinin 177.2.2,177.2.3 və177.2.4-cü maddələri üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.