Siyəzəndə şagird məktəbdə bıçaqlandı

siyezende-sagird-mektebde-bicaqlandi
Oxunma sayı: 3224

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.

Xəbəri rus dilində oxuyun: Девушка, пропавшая без вести 7 лет назад, была убита - арестован её двоюродный брат

В Сиязани ученик получил ножевое ранение

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.

Nizam Rza