Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobus aşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
O qeyd edib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobusun qarşısına mal-qara çıxıb və sürücü bu səbəbdən avtomobili dayandırıb:
“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
Son xəbərlər
Son Xəbərlər