Siz də bizim şəbəkələşdirdiklərimizdənsinizmi?

siz-de-bizim-sebekelesdirdiklerimizdensinizmi
Oxunma sayı: 1087


Bu dəfə şəbəkələşməkdən yazacam. İlk dəfə kimin ağlına gəməyini bilmirəm, amma bu dəbin hamımızın ünsiyyət mədəniyyətimizdə əsl inqilab yaratdığı göz önündədi. İndi biz ən yaxınımızı belə şəbəkədə xatırlayırıq, onunla dərdimizi bölüşürük, qərarlar veririk, sevirik, ailə qururuq, hətta başsağlığı da veririk - dolayısıyla şəbəkədə ölürük. Şəbəkə bizim Vətənimizdi sanki. Biz şəbəkə uğrunda şəhid verməyə, onun yolunda “candan keçməyə cümlə qadiriz”. Bəs, bu şəbəkələşmək və belə şəbəkələşmək bizə lazımdımı?...

Bəlkə çox ritorik sualdı və cavabı xeyli düşünmədən sonra cavablamaq lazımdı. Təhlilər aparmaq, məsələni insan azadlığı, yoxsa milli mental baxımından dəyərləndirmək kimi mübahisələrə ehtiyac var. Bəlkə də, var. İntelektual axtarışların praqmatik nəticələrini həmişə şübhəli saydığımdan, bu məslədə də, birmənalı qərarım var. Məncə şəbəkələşmək hamımızı aqresivləşdirib. Hamımız sanki Şərin iradəsi çərçivəsindəyik. Bir-birmizi söymək, aşağılamaq, hörmətdən salmaq yarışına girmişik. Şəbəkə əhvalı mənə 1937-ci ilin ab-havasını xatırladır. O dövrdə insanlar gizlicə “donos”la məşğulydusa, indi açıq-aşkar xoşu gəlmədiyi adamları aşağılamğa, şərləməyə meyilli xeyli “qəhrəman” peyda olub. Etiraf edək ki, bu şəbəkələşmələrdən sonra dindarların, ateistlərin, din ayrımcılarının, vətənşüvənlərin, intiharların, zorlananların sayı artmağa başladı. Bu siyahını bir xeyli uzada da bilərsiniz. 

Yəni şəbəkə statistikası yalnız Şərə bağlıdı. Bu yaxınlarda iki gəncin “WhatsApp” zarafatından sonra birinin digərini bıçaqlaması yəqin yadınızdadı. Nədənsə, bu cür statistika bizdə nə qədər desən var. Sanki bəd xəbərlər gətirən şər simvoludu Şəbəkə. Və bu bəd statsitikaya qruplaşmaq, məqsəd uğrunda doğmalarını tapdamaq kimi vərdişlər də əlavə olunandan sonra mənim şəbəkləşməyə münasibətimdə uçrum yaranıb. Bu şəbəkləşməklə biz hara gedirik. Belə şəbəkləşmək kimə sərfəlidi. Dünyanın innovativ texnologiyalar vasitəsiylə idarə olunduğu XXI əsrdə də niyə biz bu şəbəkələri şəxsi motivlərin saçyoldusu meydanına çevirmişik. Bəlkə dayanaq. Şəbəkəyə həvəslə qoşulan, sonra buranın şeytan yuvası olduğunu sezib uzaqlaşan minlərlə işıqlı adamı xatırlayaq. Axı, şəbəkə həm də ünsiyyət vasitəsi, milyardlara açılan pəncərədi. Siz bütün pəncərələri bağlaya-bağlaya hara gedirsiniz? Bir az da Xeyrin yanında dayanın, bir az da bugünə qədərki vərdişlərdinizdən əl çəkin. İnsafınız olsun. Gələcəyimiz yazıqdı. Şəbəkəni ehtirasınızın, xayınlığınızın,  inqtiriqalarınızn məngənəsində saxlamayın; Axı, sizin də övladlarınız bura gələcək, yazdıqlarınızı oxuyacaq, özünüifadənizi görəcək. Onlara düşmən qazanmayın!

...Və sonda

Həyatda hər gün hamıyla ünsiyyətdə ola bilmədiyimizdən çoxunu da burdan tanımağa başladıq. Hər kışinin bir özəlliyi meydana çıxdı. Kimisi içindəki kini, nifrəti müxtəlif yollarla sərgiləməyə başladı, kimisi əksinə ən gözəl tərəflərini göstərdi. Facebookda bir olduğumuz vaxtlar da çox oldu. Bir-birinə qoşulub imkansız adamlara kömək məqsədilə eventlər yaratdıq, müxtəlif problemləri işıqlandırıb həlli yollarını tapdıq, kimisi facebook vasitəsilə özünə iş tapdı, kimisi özünü elə burda tapdı, kimisi isə əksinə özünü elə burda itirdi. Facebookda bir - birini sevib ailə quranlar da oldu. Virtual tanıdığım sonra dostlaşdığım adamlar da oldu. Qısacası başımıza yaxşı pis nə gəldisə bu Markın ucbatından gəldi.  Deməyim odu ki, biz yaxşıları edə biləcək bir millətik. Bir-birinə yardım etməyi sevən, çox kiçik şeylərdən xoşbəxt ola biləcək adamlarıq. Başqalarına bənzəməyək, özümüzə qayıdaq, sevgi ilə bütövləşək, hikkəni, nifrəti sevgiyə dəyişək. Gəlin içimizdə közərən işığı yenidən alovlandıraq, elə edək ki, sevgimiz özümüzdən böyük olsun.