“Siz gerçək qəhrəmansınız...” - - Fotolar

siz-gercek-qehremansiniz-
Oxunma sayı: 3000


“Qafqazinfo” xəbər verir ki, Tovuz rayonunda ön cəbhə kənd sakinləri ilə geniş söhbət və müzakirələr aparan Q. Paşayevaya sakinlər  Ermənistanın son günlər  atəşkəsi daha intensiv şəkildə pozaraq  dinc insanları,  ailələri  hədəfə alması və insanlıqdan kənar, çirkin əməlləri barədə məlumatlar veriblər və beynəlxalq təşkilatları bu əməllərə biganə yanaşmamağa çağırıblar. Millət vəkili Ermənistanın intensiv  şəkildə  atəşkəsi  pozması  və mülkü insanları hədəfə alması nəticəsində  zərər çəkən evləri,  ailələri  ziyarət edib: “Ön cəbhədə Ermənistanın bütün çirkin əməllərinə rəğmən yaşamaqdan vaz  keçməməklə siz, cəsarətiniz, Vətən, torpaq sevginiz, qorxmazlığınızla  hər  zaman düşmənə ən gözəl cavabı verirsiniz. Siz gerçəkdən də qəhrəman insanlarsınız  və  siz də daxil olmaqla ölkəmizin ön cəbhəsinin önündə yaşayan bütün insanlarımız hər kəsdən daha çox diqqət və qayğıya layiqsiniz”.


Millət vəkili sakinlərin beynəlxalq təşkilatların Ermənistanın çirkin əməllərinə göz yumması ilə bağlı fikirləri ilə razılaşaraq özəlliklə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mülkü insanların hədəfə alınmasına ciddi reaksiya, etiraz bildirməməsi acı təəssüf doğurur deyib: “Mülkü vətəndaşın maşınını, evlərini  atəşə tutmaq və onlara zərər vurmaq, özəlliklə axşam saatlarında.  Çünkü o  zamanlar bütün ailə evdə olur.  Ermənistanın və onun silahlı qüvvələrinin  xisləti  bundan  ibarətdir.  ATƏT-in Minsk Qrupu onların bu əməllərinə biganə münasibət göstərməsəydi,  təzyiq göstərsəydi,  Ermənistan  bu cür çirkin əməlləri davam etdirə bilməzdilər. Təəssüf  ki,  ATƏT-in Minsk Qrupu öz missiyasını yerinə yetirə bilmir və obyektiv deyil”.