“Siz mənim qəlbimdəsiniz” – - Əhmədinejad + Video

siz-menim-qelbimdesiniz-
Oxunma sayı: 1452


“Qafqazinfo” xəbər verir ki, Anspress-in məlumatına görə o, azərbaycanlı ustad şair Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" şeirindən bir neçə bəndi oxuyub. Çıxışı zamanı Mahmud Əhmədinejat zaldakılara müraciət edərək türk dilində: "Siz mənim qəlbimdəsiniz", - deyib. Türk dilində şeiri oxuyandan sonra isə konfrans iştirakçıları onu ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Türkiyənin sabiq baş naziri və akademiki professor Nəcməddin Ərbakanın vəfatının ildönümündə iştirak etmək üçün Türkiyəyə gəlib. Daha sonra o, Türkiyədə Esenyurtda Məhəmməd peyğəmbərin (s) qızı Xanım Zeynəbin (s.ə) doğum günü ilə bağlı keçirilən konfransda çıxış edib.