Türkiyənin baş naziri Əhməd Davudoğlu 64-cü “Hökümətə davamlı mədəni inkişaf” proqramının yığıncağına qatılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yığıncaqda incənət dünyasının bir çox tanınmış simaları qatılıb.
Toplantı ən çox müğənni Yavuz Bingölün baş nazirin ünvanına dediyi təriflərlə yadda qalıb.
Sənətçi Davudoğlunun Strasburqdakı çıxışını xatırladaraq təşəkkürünü bildirib:
“Strasburqdakı çıxışınızı izlədim, hər şey əla idi. Siz və çıxışınız möhtəşəm idi, möhtəşəm”.
Baş nazir isə “Mən bütün Türkiyə adına danışdım”,- deyə Bingölə cavab verib.
Son xəbərlər
Son Xəbərlər