“Qafqazinfo” xəbər verir ki, birlik sədrinin sözlərinə görə, bu, həmin qurumların Azərbaycana qarşı olan mövqeyi yox, onlar tərəfindən idarə olunan şəxslərin fikirləridir:
“Avropa Oyunlarına sayılı günlər qala belə fikirlərlə çıxış edən təşkilatlar Azərbaycanın imicinə xələl gətirmək istəyir. Bu isə mümkün deyil Azərbaycan dünya ölkələri sırasında ən etibarlı tərəfdaşdır.
Avropa Oyunları ərəfəsində Azərbaycanın bu prosesə tam sürəti ilə hazırlaşması eyni zamanda artıq uzun zaman öncə buna hazır olması Avropa dairələrinin maraqlarından kənarda qalır. Azərbaycan xalqının uzun sürəli məşəl sevinci, gənclərin çoşqusu onlarda qısqanclıq hissi doğurur. Məhz bu səbəbdən verilən bəyanatda daha çox vətəndaş cəmiyyəti institutlarına yönəlik fikirlər səsləndirilmişdir.
Sadəcə bəyanat özü belə sübut edir ki, “İllər boyu bu həmkarlarla əməkdaşlıq edirik” fikirlərini səsləndirən dairələrin açıq aydın hansı maraqlara xidmət etdiklərindən danışmaq istəyirlər. Siz danışın, biz oyunlara ev sahibliyi edəcəyik. Bu şəxslər də, Avropa Oyunlarına qatılmamasını istədiyiniz idmançılar da Azərbaycanda keçiriləcək möhtəşəm tədbirin bir hissəsi olacaq amma siz yenə də danışmağınızda olacaqsınız”.
Mirhəsən Seyidov bu qurumların istəklərinin onda məyusluq doğurduğunu bildirib:
“Avropa Şurası Parlament Assembleyasının 22-26-sında keçiriləcək olan, Avropa Parlamentinin tərəfindən xüsusi maraqlara görə keçirilməsi planlaşdırılan iyun ayının 10-də keçiriləcək görüşlər yenə bizlərə ikili standartların bariz nümunəsini göstərəcək.
Biz isə, Avropa Oyunları ilə Azərbaycan idman siyasətinin necə inkişaf etdiyinə dair bütün dünyaya nümunə olacağıq”.
Son xəbərlər
Son Xəbərlər