“Sizdə o ürək var? “ - Şou əhlinə cavab

sizde-o-urek-var-
Oxunma sayı: 2221

“İlk dəfə mən demişəm ki, oğluma müğənni qız almaram.  Çox insan üstüörütülü şəkildə mənə “namyok” atır. Mən müğənni qız almıram, almaq da istəmirəm. Bu, mənim şəxsi fikrimdir. Səbəbini isə özüm bilirəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Şou ATV” proqramına qonaq olarkən deyib.  Xanəndə canlı efirdə “müğənni qız almaram” fikrinə qarşı çıxanlara ismarıc yollayıb:

“Birdən deyərlər ki, bəs sən də bu sənətin içindəsən, niyə belə danışırsan? Cavab verim ki, mən bu sənətin içinə səhvən düşmüşəm. Mən müğənniyəm, amma mənliyim var. Məni özləri ilə müqayisə etməsinlər. Heç biriniz mən ola bilməzsiz, adımı çəkməyin. Xalqın bu tərəfindən pul qazanıb, elin digər tərəfinə xərcləyirəm. Sizdə o ürək var? Heç kimin xətrinə dəymək istəmirəm. Yaxşı iş görüb əməl dəftərimə xeyir yazdırmaq istəyirəm”.