“Sizə 36,6 arzu edirəm” - Zelenski xalqına müraciət ünvanladı + Video

size-366-arzu-edirem
Oxunma sayı: 4314

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun yayılması ilə bağlı ölkə vətəndaşlarına videomüraciət ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı bildirib ki, Kiyev digər ölkələrin təcrübəsinə əsaslanaraq sərt tədbirlər görür. Onun sözlərinə görə, martın 16-dan etibarən əcnəbilər Ukraynaya gələ bilməyəcək, istisnalar isə yalnız ölkə ərazisində daimi və ya müvəqqəti yaşayış hüququ olan insanlar üçün ediləcək.

Üç sutka sonra Ukrayna digər ölkələrlə müntəzəm aviareysləri bağlamağa hazırlaşır. Əgər kimsə qayıtmağı çatdırmasa, Ukraynanın konsulluqlarına müraciət edərək qeyri-müntəzəm reyslərlə evinə dönə bilər.

Bundan əlavə, koronavirusun yayıldığı ölkələrdən qayıdanlar müayinə olunacaq. Zelenskinin sözlərinə görə, apteklər maska və tibb ləvazimatlarsız qalmayacaq. Vətəndaşların özlərinə isə o, əllərini yumalarını, əllə salamlaşmamağı və bir-birilərini öpməmələrini məsləhət görüb.

“Biz sizinlə çox şey yaşadıq. Bizi sizinlə quş, donuz və ispan qripi məğlub edə bilmədi. Biz güclüyük, və bizdə hər şey yaxşı olacaq. Sizə 36,6 arzu edirəm”, - Ukrayna Prezidenti deyib.