“Sizi ailəliklə deyil, sülaləliklə gözləyirik” - Selçuk Bayraktar

sizi-ailelikle-deyil-sulalelikle-gozleyirik
Oxunma sayı: 3076

““Teknofest Azərbaycan” festivalı çərçivəsində bir yarışı Şuşada keçirməyə dair fikir var”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

“Festival çərçivəsində baş tutan yarışın adı “Şuşa hackathonu”dur. Bütün millətimizi ailəliklə deyil, sülaləliklə “Teknofest”də gözləyirik. Hamıdan öncə isə sabahın texnologiya çempionlarına öz komandalarını qurmağa və festivalda iştirakla bağlı müraciət etməyə çağırıram”, - deyə Bayraktar qeyd edib.

Qeyd edək ki, bu ilin 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək

Eldar Tanrıverdi