Sizin də başınıza gələ bilər - Diqqətli olun!

sizin-de-basiniza-gele-biler-
Oxunma sayı: 3729

Vətəndaş Rüfət Babayev bir il ərzində istirahətə getmək üçün aybaay pul ödəyib. Amma istirahətindən də olub, pulundan da.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, Rüfət Babayev ilk baxışdan sərfəli görünən bu təkliflə razılaşıb və ödənişlərini vaxtında edib. Bir neçə gün əvvəl sərfəli təklifin bəhrəsini görmək üçün turizm şirkətinə yaxınlaşdıqda isə bütün planları alt-üst olub. O, turizm agentliyinə ümumilikdə 3000 manatdan çox pul ödəyib. İndi isə istirahətə gedə bilmir.

Turizm agentliyi ilə əlaqə saxlamağa çalışdıqda isə məlum olub ki, əvvəl yerləşdikləri yer bağlanıb, telefon nömrələri isə işləmir.

Hüquqşünaslar qeyd edir ki, turizm şirkəti ilə bağlanan müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bu halda turun da sığortalanması vacibdir.