“Sizin şəhid oğullar bizim şəhid oğulların qisasını aldı”

sizin-sehid-ogullar-bizim-sehid-ogullarin-qisasini-aldi
Oxunma sayı: 3830

"Bu gün şəhid Mübariz İbrahimovun məzarını ziyarət etdim. Mübarizin anası biz anaları görüb deyirdi: “Sizin şəhid oğullar bizim şəhid oğulların qisasını 44 günə aldı”". 

"Qafqazinfo" xəbər verir ki, bunu şəhid Sübhan Abdurrəhmanlının anası Mehriban xanım deyib.

O, bir şəhid anası olaraq şəhidləri hər zaman ziyarət etdiyini bildirib. 

Xatırladaq ki, ötən gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü idi.

Qeyd edək ki, S. Abdurrəhmanlı 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.