Partlayış baş verən dəftərxananın sahibi İsrail Yusifov ərazidə qazıntının ötən gün “Azərsu” tərəfindən aparıldığını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, o, binanın zirzəmisinə su dolduğunu qeyd edib:
"Buna görə də “Azərsu” kanalizasiya xəttini düzəltmək üçün iş aparıb. Bu zaman da qaz borusunu zədələyiblər. Nəticədə sızma baş verib. Yəqin ki, “Azərsu” dəymiş ziyanı ödəyər”.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya bildirib ki, partlayış baş verən bina yeni tikilidir: “ Yeni tikililərdə isə işləri korporativlər özləri aparır. Biz heç bir qazıntı aparmamışıq. Bu bizim xidmət sferamıza aid deyil”.
Son xəbərlər
Son Xəbərlər