Şizofreniyaya çarə - - Balıq yağı

sizofreniyaya-care-
Oxunma sayı: 2701


“Qafqazinfo”nun məlumatına görə, Avstraliyadakı Melbourne Universiteti 3 ay boyunca omeqa -3, balıq yağı tərkibli həbdən istifadə edən insanların  şizofreniya əlamətlərinin daha az olduğunu sübut etdi. 

Elm adamları, 13-25 yaş arası şizofreniyanın ön əlamətlərini  göstərən bir neçə nəfərə  3 ay boyunca balıq yağı həbi verib. İştirakçıların digər hissəsi isə içərisində faktor maddə olmayan həblər (plasebo) qəbul edib. Bir il sonra balıq yağından istifadə edən iştirakçılardan yalnız 10-na, plasebo istifadə edənlərin isə 40 %-nə  şizofreniya diaqnozu qoyulub.

Mütəxəsislər balıq yağının beyindəki iltihablanmağı azaldıb, sinir hüceyrələrinin qoruduğunu iddia edirlər. Sözügedən araşdırmanın nəticələri “New Scientist” dərc olunub.

Zümrüd

“Qafqazinfo”