“SKAZ AUTOHOUSE” kredit ödənişlərini bir aylıq dayandırdı

skaz-autohouse-kredit-odenislerini-bir-ayliq-dayandirdi
Oxunma sayı: 986

“Skoda” avtomobillərinin rəsmi distribüteri “SKAZ AUTOHOUSE” MMC Avtomobil sektorunda daha bir yeniliyə imza atır.

“Qafqazinfo” xəbər verir ki, belə ki, şirkət Son günlər ölkəmizdə elan edilmiş xüsusi karantin rejimində müştərilərini düşünərək, onlara kredit ödənişlərində 1 aylıq müddətdə möhlət tanıyır. Bu qərar daxili kredit ödənişi olan bütün müştərilərə qeyd-şərtsiz tətbiq olunur və aprel ayı üçün kredit ödənişləri təxirə salınıb.

Artıq pandemiyaya çevrilmiş “Covid-19”, Koronovirus epidemiyası ilə mübarizə çərçivəsində Babək prospekti 74 ünvanında yerləşən “Skoda” avtomobillərinin salon və servis mərkəzində mütəmadi dezinfeksiya işləri görülür.

“Evinizdə qalın” və “Güvəndə qalın” sloqanı ilə xalqa müraciət edən “SKAZ AUTOHOUSE” MMC şirkət rəhbərliyi, həmçinin bu çətin günlərdə "Covid-19" virusu ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırır.