Skolari istefaya göndərildi

skolari-istefaya-gonderildi
Oxunma sayı: 991

Braziliyanın “Kruzeyro” klubu baş məşqçisi Luis Felipe Skolarini istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Xəbərdə tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Skolari ötən ilin oktyabrında “Kruzeyro”nun baş məşqçisi təyin olunmuşdu.