Skripal sağalır

skripal-sagalir
Oxunma sayı: 2215

Böyük Britaniyanın Solsberi şəhərində agent atası ilə birgə zəhərlənən Yuliya Skripal özünə gəlib. 

“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, Skripalın səhhəti yaxşılaşmağa doğru gedir. O, artıq yemək yeyə və danışa bilir. Həkimlər onun tezliklə tamamilə sağalacağını deyiblər. 

***

Polis hesab edir ki, Yuliya bir neçə günə özünə gələrək ifadə verə biləcək, lakin atasının vəziyyəti hələ də kritik olaraq qalır. 

 Aysel Kərimova