Skripalın qızının saxlanıldığı yer məlum olub

skripalin-qizinin-saxlanildigi-yer-melum-olub
Oxunma sayı: 1441

Agent atası ilə birgə zəhərlənən Yuliya Skripalın saxlanıldığı yer məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri gizli mənbəsinə istinadən məlumat yayıb. Bildirilir ki, aprelin 9-u Solsberi hospitalından evə buraxılan Yuliya hazırda hərbi bazalardan birinin xəstəxanasına yerləşdirilib. Mənbənin sözlərinə görə, bu addım Skripalın təhlükəsizliyinin qoruması və səhhətini nəzarətdə saxlamaq üçün atılıb.

Nəşrin məlumatında o da qeyd edilir ki, həkimlər zəhərlənmənin hər an yenidən fəsad törədə biləcəyini deyiblər.

Xatırladaq ki, dünən Yuliya Skripalın evə buraxıldığı barədə məlumatlar yazılsa da, onun aparıldığı yer gizli saxlanırdı.

Aysel Kərimova