Skripalla qızı yaşayır?

skripalla-qizi-yasayir
Oxunma sayı: 1778

“Ötən ilin martında Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənən Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya  yaşayır”. “Qafqazinfo” xəbər verir ki, bu cür bəyanatla İngiltərənin Rusiyadakı səfiri Lori Bristou çıxış edib.

Diplomat “İnterfaks” açıqlamasında Skripalla qızının yaşadığını təsdiq edə biləcəyini söyləyib: 

“Mən Rusiya səfirliyinin Skripal və qızı ilə görüşmək xahişinin onlara çatdırıldığını sübut edə bilərəm. Onların rusiyalı məmurlarla görüşmək istəməməsini anlayıram. Ata ilə qızını sinir sistemini iflic edən toksik maddə “Noviçok” ilə zəhərləmək istəyiblər. Bizim vəzifəmiz onları qorumaqdır”.

O, Rusiya hökumətinin Skripalla qızını zəhərləyən şəxslərin kimliyi barədə məlumatı olduğunu da sözlərinə əlavə edib. Bundan başqa bildirib ki, İngiltərənin yuxarı dairələri KİV-də dərc olunduğundan da artıq zəhərlənmə işi ilə bağlı informasiyaya malikdir.

Xatırladaq ki, baş vermiş hadisəyə görə rəsmi London Rusiyanı ittiham edib. Moskva isə ittihamı qəbul etməyib.