“Skripalları zəhərləyənlər rus kəşfiyyatçılarıdır” - Rəsmi ittiham

skripallari-zeherleyenler-rus-kesfiyyatcilaridir
Oxunma sayı: 1590

Böyük Britaniya rəsmi olaraq Rusiyanı keçmiş cəsus Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, baş verənlərə görə Rusiyanın xüsusi xidmət orqanları məsuliyyət daşıyır. 

Onun sözlərinə görə, Britaniya prokurorluğunun adlarını açıqladığı hər iki şəxs – Aleksandr Petrov və Ruslan Boşirov Baş Kəşfiyyat İdarəsi kimi tanınan Rusiya hərbi kəşfiyyatında xidmət edirlər.