Skripalların zəhərləndiyi günə aid şifrəli məktub tapıldı

skripallarin-zeherlendiyi-gune-aid-sifreli-mektub-tapildi
Oxunma sayı: 2346

Britaniyanın Hərbi Hava Qüvvələri ingilis kəşfiyyat xidmətinə çalışan agent Sergey Skripal və qızı Yuliyanın zəhərləndiyi günlə bağlı maraqlı məlumat əldə ediblər.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə “The Sunday Express” məlumat yayıb. Bildirilir ki, krallığın hava qüvvələri agent və qızı zəhərlənən gün Moskvaya göndərilən xəbəri əldə ediblər. Məktublardan birində “bağlama çatdırıldı”, digərində isə “ hər iki şəxs uğurlu çıxış edib” sözləri yazılıb. Nəşr yazır ki, ismarıclardan biri Moskvadakı “rəsmi şəxs” üçün nəzərdə tutulub. 

Bildirilir ki, qərb dövlətlərinin nümayəndələri bu məlumatlarla tanış olublar.

Aysel Kərimova