“Slovakiya bu işdə Ukraynaya kömək edəcək”

slovakiya-bu-isde-ukraynaya-komek-edecek
Oxunma sayı: 1062

“Ukrayna ciddi müdafiə xətti qurur və Slovakiya bu işdə köməklik göstərəcək”.

“Qafqazinfo” RBC-yə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Robert Fiko ilə Ujqorodda keçirdiyi brifinqdə deyib.

Şmıqala görə, tikilməkdə olan üç səviyyəli müdafiə xətti bütün istiqamətlərdə mühafizəni təmin edəcək. Plana görə, o, Rusiya Silahlı Qüvvələrini özündə saxlamalı və onların irəliləməsinə mane olmalıdır. Slovakiyadakı özəl şirkətlər də öz növbəsində Ukrayna ordusunu zirehli ekskavatorlar və “Bozena-4” minatəmizləmə avadanlıqları ilə təmin edəcəklər.