Slovakiya Prezidenti koronavirusa yoluxdu

slovakiya-prezidenti-koronavirusa-yoluxdu
Oxunma sayı: 1927

Slovakiya Prezidenti Zuzana Çaputovanın COVID-19 testi müsbət çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun mətbuat katibi Martin Strijinets məlumat yayıb.

Xəstəliyə görə Çaputova polşalı həmkarı Anjey Duda ilə Portuqaliya və İtaliyaya səfərini ləğv etmək məcburiyyətində qalıb.

“Mən Prezident Duda ilə səfərə qoşula bilməyəcəyim üçün çox təəssüflənirəm", - Çaputova bildirib.