Slovakiya hökuməti koronavirisun yayılmasının qarşısını almaq məqsədilə martın 13-dən bütün xarici vətəndaşların daimi və ya müvəqqəti yaşamaq icazəsi olmadan ölkə ərazisinə girişini qadağan edib.
“Qafqazinfo”nun məlumatına görə, Ukrayna Dövlət Gömrük Xidməti Slovakiya ilə sərnişin dəmir yolu əlaqəsinin dayandırıldığını yayıb.
Slovakiyaya yalnız bu ölkənin vətəndaşları və ya yaşayış icazəsi olan şəxslər daxil ola bilər.
Bildirilir ki, Slovakiya ilə sərhəddəki Ukrayna sərhəd məntəqələri həmişəki kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, martın 13-ü səhər saatlarında Slovakiyada 21 koronavirusa yoluxma faktı qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər