Slovakiyada hakimiyyət dəyişdi

slovakiyada-hakimiyyet-deyisdi
Oxunma sayı: 626

Martın 10-da keçirilmiş seçkidə müxalif Sosial Demokrat Partiyası qəti qələbə qazanıb. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, 44,4 faiz səs toplayan Sosial Demokrat Partiyası 150 nəfərlik parlamentə 83 mandatla girib və təkbaşına hökumət qurmaq hüququ qazanıb.

Sosial Demokrat Partiyasına sabiq baş nazir Robert Fitso rəhbərlik edir.

“Media forum” saytı xəbər verir ki, baş nazir İveta Radiçovanın Demokrat Partiyası 6,09 faiz səs toplayaraq 11 parlament mandatı ilə kifayətlənib.

mediaforum