Slovakiyadan Ukraynaya böyük jest

slovakiyadan-ukraynaya-boyuk-jest
Oxunma sayı: 3329

Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri tədarük edib.

“Qafqazinfo” bu barədə Sputnik-ə istinadən xəbər verir.

Bildirilib ki, əvvəlki hökumətin Kiyevə silah tədarükü səbəbindən ölkə bir çox şey itirib.

Belə ki, ölkənin hava hücumundan müdafiə sistemlərindən, döyüş təyyarələrindən və hətta Ukraynaya göndərilən MiQ-29-lar üçün vəd edilən puldan da məhrum olduğu qeyd edilir.

Buna baxmayaraq, Slovakiya yenə də Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.