Slovakiyanın baş naziri istefa verdi

slovakiyanin-bas-naziri-istefa-verdi
Oxunma sayı: 935

Slovakiyanın baş naziri İqor Matoviç istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Baş nazirin istefası uzun müddətdir hökumət qurmaq böhranı ilə üz-üzə qalan ölkədə yeni kabinetin qurulması üçün alınmış qərar olaraq açıqlanıb.