Sloveniya klubunun baş məşqçisi azərbaycanlı futbolçudan danışdı

sloveniya-klubunun-bas-mesqcisi-azerbaycanli-futbolcudan-danisdi
Oxunma sayı: 1050

Samir Məsimovun çıxış etdiyi Sloveniyanın "Domjale" klubunun baş məşqçisi Luka Elsner yerli mətbuata açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, "Domjale"nin çalışdırıcısı Samir Məsimovun transferi ilə bağlı bu sözləri bildirib: "Samir Məsimov axtardığım futbolçu idi. Sürətli futbolçudur. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Həm müdafiədə, həm də hücumlarda cəld davranır. Məsimovun gəlişi bizim komandaya xeyirli olacaq".

Qeyd edək ki, Sloveniya çempionatının 2-ci dövrəsi 28 fevral tarixində start götürəcək.