“SMA xəstələrinin müalicəsini dövlət qarşılasın”

“SMA xəstələrinin müalicəsini dövlət qarşılasın”
Oxunma sayı: 836

Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycandakı SMA xəstələrinin müalicəsinin dövlət büdcəsi tərəfindən qarşılanmasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, o çıxışında bildirib ki, rəsmi statistika görə ölkədə həmin xəstəlikdən əziyyət çəkən 28 uşaq var. 

Deputatın sözlərinə görə, həmin xəstələrin müalicəsi olduqca bahalıdır və bu da valideynlər üçün ciddi problem yaratmış olur: “Artıq həmin xəstəliyin ineksiya yolla müalicəsi mümkündür. Bir inyeksiya da 2 milyon dollara başa gəlir. Hesab edirəm ki, 28 uşağın müalicəsi mümkün ola bilər”.

Eldar Tanrıverdi