“Smart Electronics”in Qara Qarayev filialı fəaliyyətə başladı - Fotolar

smart-electronicsin-qara-qarayev-filiali-fealiyyete-basladi
Oxunma sayı: 3117

Sərfəli qiymətləri və kampaniyaları ilə alıcıların böyük rəğbətini qazanan elektronika məhsullarının satış şəbəkəsi “Smart Electronics” 5-ci filialını açıb.

“Qafqazinfo” xəbər verir ki, müştərilərə daha rahat xidmət və əlçatımlı olmaq üçün yeni filial paytaxtın sıx yaşayış sahələrindən biri olan Nizami rayonu, Qara Qarayev 26B ünvanında fəaliyyətə başlayıb.

Qara Qarayev filialının açılışına gələn qonaqlara şirkət nümayəndələri yeni məhsul çeşidlərini və mağaza konseptini, həmçinin şirkətin onlayn satış platforması olan www.smartelectronics.az saytında edilən dəyişiklikləri təqdim edib.

Artıq altı ildir elektronika bazarında böyüməkdə olan "Smart Electronics" açılışa özəl kampaniyada bütün smartfon və planşetlərə 18 ay, digər bütün notbuk, məişət əşyaları, aksessuarlar və 100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız hissəli ödəniş imkanı yaradır. "Smart Electronics", həmçinin nağd alışlarda hədiyyələr və "Umico" ilə alış verişdə 7 %-dək keşbək təklif edir. 

Açılışda iştirak edən şirkət rəhbərliyi bildirib ki, elektronika bazarında təkcə keyfiyyətli məhsullarla deyil, həmçinin müştəri məmnuniyətini əsas götürərək konsultasiya imkanları ilə də fərqlənirlər. Belə ki, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq bəyəndikləri məhsullar barədə ətraflı məlumat ala, onların ehtiyaclarına cavab verən ən doğru məhsulu seçməkdə mütəxəssis köməyindən yararlana bilərlər.

Qeyd edək ki, bölgələrdə olan müştərilərinə daha yaxın olmaq üçün tezliklə "Smart Electronics"in regional filialları da fəaliyyətə başlayacaq.