Smart – kart sayğaclarda borc niyə yaranır? - Açıqlama

smart-kart-saygaclarda-borc-niye-yaranir-
Oxunma sayı: 3784

Abonentlər smart-karta borc yazıldığından narazıdır.

Bu barədə “Qafqazinfo”ya müraciət edən abonetlər bildiriblər ki, son aylar smart-kart tipli sayğaclarda borc yaranır. Onlar bildirir ki, məntiqi baxımdan bu sayğaclarda borc yaranması mümkün deyil. Çünki sayğaca yüklənmiş məbləğ başa çatan kimi avtomatik olaraq elektrik verilişi dayanır: “Ancaq biz poçta pul ödəyəndə deyirlər ki, kartda borc var. Bu necə ola bilər?”.

Qafqazinfo” məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, 8-10 il əvvəl regionlarda və həmçinin əvvəlki “Sumqayıtelektrikşəbəkə” tərəfindən quraşdırılan smart kart tipli sayğaclarda differensial tarif onlayn rejimdə dəstəklənmədiyi üçün istehlakçının bir ay ərzində limitdən artıq istifadə etdiyi elektrik enerjisinin dəyəri (300 kilovat-saat) növbəti ayda abonentin kartına hesabat ayı bitdikdən sonra yüklənir: “Burada qanunsuz heç nə yoxdur”.

Günel Türksoy