“Smart Style” MMC və “ Yussal provision” Fonda 8 min köçürdü

smart-style-mmc-ve-yussal-provision-fonda-8-min-kocurdu
Oxunma sayı: 1242

“Smart Style” MMC  və “ Yussal provision” MMC   ölkəmizdə koronavirus pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirməyə hazırdır və eyni zamanda koronavirusla mübarizə çərçivəsində Operativ Qərərgahın tövsiyələrinə tam riayət edir. 

"Qafqazinfo" xəbər verir ki, “Smart Style” MMC  və “ Yussal provision” MMC Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna  8000 AZN yardım məqsədi ilə vəsait ianə edib.

“Smart Style” MMC  və “ Yussal provision” MMC koronavirus infeksiyası (“COVID-19”) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.