Smartfon istifadəçiləri üçün xüsusi yol

smartfon-istifadecileri-ucun-xususi-yol-
Oxunma sayı: 786


“Qafqazinfo” ictnews-a istinadən xəbər verir ki, Çonqkinq şəhərində hərəkət zamanı smartfondan istifadə edən insanlar üçün ayrıca yol xətti yaradılıb. Aydındır ki, təhlükəsizlik baxımından bu addım atılıb. Smartfona aludə olan insanlar adətən ətrafda baş verənləri görmür və bu zaman ya özünə, ya da kənardakı şəxslərə zərər vura bilər. 

Yerə çəkilmiş nişan çəkini iki hissəyə bölür. Biri cari anda smartfon və ya mobil telefondan istifadə etməyən piyadalar üçün nəzərdə tutulub. 

Səkinin ikinci hissəsi isə öz cihazından bir saniyə ayrıla bilməyən insanlar üçün nəzərdə tutulub.