Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini, almaniyalı diplomat Helqa Şmidt sentyabrın 1-dən qurumun baş katibi vəzifəsinin icrasına başlayacaq.
“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, o, bu postda fransız Alen Leruanı əvəz edəcək.
Helqa Şmidt 2011-ci ildən Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini vəzifəsində çalışıb. Bildirilir ki, bu il xanım Şmidt İranın nüvə proqramı üzrə danışıqlarda və Rusiya-Avropa İttifaqı münasibətlərinin müzakirəsində fəal iştirak edib.
Son xəbərlər
Son Xəbərlər