SMS-lə icazə alıb parka gedə bilərik? - Video

sms-le-icaze-alib-parka-gede-bilerik
Oxunma sayı: 8290

"Öncəki məhdudiyyətlərdən fərqli olaraq, SMS-icazə vasitəsiylə çıxışa icazə verilən müddətdə park, bulvar açıq olduğuna görə insanlar ora gedə biləcəklər".

"Qafqazinfo" xəbər verir ki, bunun TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Qurum rəhbəri bildirib ki, bunun üzərində işlənilir:

"Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumatlar veriləcək. Saatları insanların bir arada sıx toplaşmaması baxımından tənzimlənəcək şəkildə icazə mümkün olacaq. Necə ki, SMS vasitəsiylə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlməyimiz müəyyən olunurdu, məsələyə bu çərçivədə yanaşılacaq. Sabah əlavə məlumat və geniş izahatı veriləcək".