SMS-lər pulsuz olacaq

sms-ler-pulsuz-olacaq
Oxunma sayı: 4614

Yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə göndərilən SMS-ə görə vəsait tutulmayacaq.

"Qafqazinfo" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, əhaliyə dəstək məqsədiylə operatorlara ödənişi dövlət verəcək.