Snəpçat da Trampın hesabını bağlayır

Snəpçat da Trampın hesabını bağlayır
Oxunma sayı: 306

Snəpçat paylaşım platforması ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını bağlayacaq.

“Qafqazinfo” xəbər verir ki, şirkət Trampın keçən həftə dondurulmuş hesabı ilə bağlı son qərarını verib. Açıqlamada bildirilib ki, Prezidentə məxsus profil araşdırılıb:

“Trampın hesabını ictimai təhlükəsizliyi qorumaq üçün həmişəlik bağlamağa və yalan məlumatların yayılmasının, nifrət dolu ifadələrin, şiddətə təhrik edilməsinin qarşısını almağa qərar verdik”.

Qeyd edək ki, tvitter, yutub, feysbuk, quql Trampın rəsmi hesablarını bloklayıb. O, ABŞ-da iğtişaşların təşkilatçısı olmaqda təqsirləndirilir.