Sneyder “Yuventus”u istəyir

sneyder-yuventusu-isteyir
Oxunma sayı: 956


Materatsi bildirib ki, Sneyder “Yuventus”da oynamaq istəsə də İstanbul nəhəngi onu buraxmaq istəmir: “Sneyderlə görüşdüm. O, İtaliyaya qayıtmağa razıdır. Sadəcə “Qalatasaray” onu buraxmaq fikrində deyil. Hollandiyalı futbolçu klub rəhbərliyi ilə görüşüb bu məsələni müzakirə edəcək”.

Turin klubunun baş məşqçisi Massimiliano Alleqri də dünən “Verona” üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra Sneyderlə bağlı məsələyə toxunub. Çalışdırıcı qeyd edib ki, “Qalatasaray”ın razılığını almaq çətindir: “Biz onu istəyirik. Amma türk klubu buna icazə versə”.

Qeyd edək ki, Sneyder 2 həftə öncə öz “Tvitter” hesabında “Qalatasaray” azarkeşlərinə səslənərək “ikinci yarıda 4-cü ulduzu taxmaq üçün bizə kömək olun” deyə müraciət etmişdi.