“Qalatasaray”dan ayrılan hollandiyalı ulduz Uesli Sneyder Fransanın “Nitsa” klubu ilə razılığa gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanacağı bildirilir.
Sneyderin maaşı isə 1,8 milyon avro olacaq.
Futbolçunun sabah tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər