Snouden Rusiya vətəndaşı olmağa hazırlaşır

snouden-rusiya-vetendasi-olmaga-hazirlasir
Oxunma sayı: 1060

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Edvard Snouden Rusiya vətəndaşı olmağa hazırlaşır.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

ABŞ-da vətənə xəyanətdə günahlandırılan Snouden Rusiya vətəndaşlığı üçün müraciət edəcək. Bildirilib ki, Snouden vətəndaşlıq üçün lazım olan sənədləri yaxın günlərdə Rusiya hökumət orqanlarına təqdim edəcək.

Qeyd edək ki, 37 yaşlı Snouden keçən ay həyat yoldaşının hamilə olduğunu və gələcək övladları ilə birlikdə Rusiya vətəndaşı olmaq istədiklərini açıqlamışdı.

Xatırladaq ki, 2013-cü ildə ABŞ dövlət sirrinin ictimailəşdirilməsində günahlandırılan Snouden əvvəl Honqkonqa, daha sonra Moskvaya qaçaraq siyasi sığınacaq almış və dövlət mühafizəsinə alınmışdı.