Snouden Rusiyada ömürlük qala biləcək

snouden-rusiyada-omurluk-qala-bilecek
Oxunma sayı: 3369

ABŞ-ın keçmiş kəşfiyyat zabiti Edvard Snouden Rusiyada müddətsiz yaşama icazəsi alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Snoudenin Rusiyadakı maraqlarını təmsil edən vəkili Anatoli Kuçerena “RİA Novosti”yə danışıb.

“Edvard Snouden Rusiyada müddətsiz yaşamaq icazəsi aldı”, - deyə vəkil vurğulayıb.

O bildirib ki, icazəsinin uzadılması proseduru koronavirus pandemiyası səbəbindən ləngiyib.

Qeyd edək ki, Edvard Snouden Amerika Milli Təhlükəsizlik Agentliyinin aparıcı əməkdaşlarından olub. 2013-cü ildə o, ABŞ xüsusi xidmətlərinin işləri barədə məlumatları ictimailəşdirməklə bütün dünyanın bu həqiqətdən xəbərdar olmasının zəruriliyindən bəhs edib. ABŞ-da onu uzunmüddətli həbs gözlədiyindən o, hazırda Rusiyada yaşayır.