Qaxda qaz sızmasından partlayış olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Qıpçaq kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova yaşadığı evdə qaz sobasını yandırmaq istəyən vaxt anidən partlayış baş verib.
Nəticədə Narıngül Osmanova və əri 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləriylə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib. Onların müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər