Sobanın üstünə yıxılaraq yandı

sobanin-ustune-yixilaraq-yandi
Oxunma sayı: 922

Bu gün axşam saatlarında Quba rayonunun 1-cu Nügədi kəndində bədbəxt hadisə baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü kənd sakini İsgəndərova Fidan Bəhruz qızı yanan sobanın üstünə yıxılıb.

O, yaxınları tərəfindən Quba Mərkəzi rayon Xəstəxanasında çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən 34 yaşlı qadına bədənin müxtəlif nahiyələrinin 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.