Sobçak suyu Jirinovskinin üzünə çırpdı - Debatda gərginlik+Video

sobcak-suyu-jirinovskinin-uzune-cirpdi
Oxunma sayı: 5323

Rusiyada seçkiqabağı debatlarda ilk gərginlik yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri, prezidentliyə namizəd Vladimir Jirinovski debat zamanı onu sakitləşdirməyə çalışan teleaparıcı, “Vətəndaş təşəbbüsü” partiyasından namizəd Kseniya Sobçakın ünvanına təhqiredici ifadələr işlədib. Onu "axmaq", "küçədən gələn bazar qızı" adlandırıb. Aparıcı isə cavabında stəkandakı suyu siyasətçinin üstünə töküb.