Sobçakın düşdüyü qəzanın görüntüsü - Video

Sobçakın düşdüyü qəzanın görüntüsü
Oxunma sayı: 3049

Rusiyalı məşhur televiziya aparıcısı və jurnalist Kseniya Sobçakın Soçidə düşdüyü avtomobil qəzasının görüntüsü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüyə əsasən “Mercedes” markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtobusu ötməyə çalışır. Nəticədə toqquşma hadisəsi baş verir.

Qeyd edək ki, oktyabrın 9-da baş vermiş qəzada “Volkswagen”in qadın sərnişini – 35 yaşlı Yelena Tarasova hadisə yerində dünyasını dəyişib. 30 yaşlı Oksana Sadovnik və 23 yaşlı Robert Dedyan isə xəstəxanaya yerləşdirilib.

Sobçak özü qəzadan dərhal sonra hadisə yerini tərk edib və hava limanına yollanıb. Məşhur aparıcı qəzadan bir gün sonra Moskva yaxınlığında xəstəxanaya müraciət edib. Burada ona lazımi tibbi yardım göstərilib və buraxılıb. Sobçakın sözlərinə görə, o, çox sayda travma alıb və beyin silkələnməsi yaşayıb.

Həmçinin oxuyun: Sobçak Soçidə qəzaya düşdü, ölən və yaralılar var - Video