Şöbə müdiri işdən çıxarıldı

sobe-mudiri-isden-cixarildi
Oxunma sayı: 700

Lerik rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, şöbə müdiri Balaşirin Nəsirov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılıb.

Məlumatda bildirilir ki, B.Nəsirovun adı korrupsiyada hallandığı üçün bir müddət əvvəl Təhsil Şöbəsinə yoxlama komissiyası gəlib.

Qeyd edək ki, B.Nəsirov işdən çıxarılaraq rayonun Mastaail kəndinə rus dili müəllimi təyin edilib.